İspan mediası Bakının hərbi kontingentini artırmasından yazdı | SON XƏBƏR | SON XƏBƏR

İspan mediası Bakının hərbi kontingentini artırmasından yazdı

azerbaycan-efqanistan_240x187İspaniyanın www.eldiario.es portalında NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasında Azərbaycan sülhməramlılarının sayının artırılması haqqında məqalə dərc edilib.

“Azərbaycan Əfqanıstandakı kontingentini genişləndirir” sərlövhəli məqalədə NATO-nun bu ölkədəki missiyasına 94 hərbçidən ibarət heyətlə dəstək verən Azərbaycanın öz kontingentinin sayını 120-dək artırdığı qeyd olunub.

Yazıda ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin NATO-nun Brüsseldəki mənzil-qərargahında çıxışı xatırladılıb və Azərbaycanın Əfqanıstanda sülhün və təhlükəsizliyin bərqərar olunmasına töhfə verdiyi diqqətə çatdırılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>