Kəndimizin son günü (103-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (103-cü yazı)

Baş-Redaktor-300x2282Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımıza daxil olan, Türk tələbə və erməni qızı Nona adlı romanımızdan fəsillər.

103-cü Fəsil

Türk tələbə yaxalığını qaldıraraq Nonanın doyulmaz, dadlı, ətirli qoxusu hopmuş şərfini düzəldərək qızın xırdaca burnuna ustuf bir çırtma vuraraq: Balaca getdi növbətçi qastronom açıq olsa sənə tort alacam ki, sən tortu ye, məndə... Deyərək astaca gülərək onun qoluna girdi.

Türk tələbəsinin söz altı mənasını göydə tutan Nona nazlanaraq ona söykənib sürüşməmək üçün addımlarını ehtiyatla ataraq yola düzəlilər, həmin dövr gecə növbəsindən gələnləri, zəruri ehtiyac olanlarını alsınlar deyə, şəhərdə iki növbətçi ərzaq mağazası işləyirdi. Şəhərin yuxarı hissəsində olan mağazada gecələr adətən növbədə olan, (mağazalar günüzdə fəaliyyət göstərərdi) azərbaycanlı orta yaşlı kişi türk tələbəni tanıdığından gecələr siqareti qutaranda, əl altından satdığı bolqar rodopisindən, digərlərindən azca fərqli qiymətə onada verər, şirin-şirin söhbətləşərdilər də.

İndi də türk tələbənin gümanı ora çatırdı ki, mehribanlaşıb tanışlıqları şirin dostluq münasibətinə qədəm qoymuş satıcıdan fərli birşey tapacaq.

Asta-asta sürüşməmək üçün xırda addımlarla, qol-qola, obkomun arxasından yuxarı qalxaraq hərbi hissəyə söykək beş mərtəbələrin axırıncısının altındakı mağazaya çatdılar. Bu hərbi hissə 366-cı polk idi ki, xalqımıza qarşı qanlı erməni tufanının önündə gedəcək hərbi hissənin əli qanlı cəlladlarının təlim keçdikləri, mülki vəzifələrdə də əsasən yerli ermənilərin işlədiyi polkun geniş ərazisi təlim, məşq meydanları var idi. Dünyanın qazanlarının qapaqlı qaynadığı, sözdə əminamanlığın olduğu vaxtlar idi, türk tələbə ilə gözəl hərbi hissəyə söykək binanın altındakı növbətçi mağazaya xoşbəxtliyin, bəxtəvərliyin qanadlarında bəxtəvərcəsinə uçduqları qara sevdalı eşqin əsiri olduqları zaman, məkan, şəraitdə idilər. Mağazaya daxil olanda xətrini çox istədiyi türk tələbənin yanında qız olduğunu görəndə irəli yeriyərək ədəb-ərkanla görüşən satıcı Nonaya görə erməni dilində salam verəndə türk tələbə ona: Qaqa mənim Nonamda ermənilik ancaq sənətlərdə qalıb, deyərək ona göz vuranda qızda ona bərk-bərk qısılaraq dəs-dəyirmi yanaqları da lalə kimi qızardı. Satıcı dostu ona: Ağdamlı balası bir özündən deyəndə beşdə bizdən deməyi yaddan çıxartmayın, az qala səni axtarmağa gedəcəkdim, əlimə çətinliklə sizə layiq mallar düşüb, büküb kənara qoymuşam, gətirim deyə içəriyə mağazanın daxilinə keçdi. Türk tələbə Nonaya göz vurub zərif əllərini sıxanda, qız içəridə heç kimin olmadığını görüb dabanları üstə qalxaraq şıltaqlıqla onu öpüşlərə qərq elədi.

Dostluq elədiyi satıcı əlində ki, bükülünü piştaxtanın üstünə qoyaraq, ətrafa baxaraq özlərindən başqa heç kimin olmadığına əmin olandan sonra açdı, bükülüdə bir şüşə Napaleon kontakı, iki qutu Belçika şokoladları, o zaman nadir rast gəlinən Amerika saqqızları, iki blok Kamel siqaretləri, iki bütöv Fin kolbasası və bir gözəl bağlıya ayrı yaraşıq verən Fransız ətri, çətin tapılan Klimat şüşəsi və Meçta, qazayağı, elə bil bu məxsusi günün hədiyyəsi qızıl açar irisləri. Satıcı tələsik o dövr üçün çox qiymətli olan bu məhsulları tez bükərək: Hələ biri qalıb, gətirim bəlkə xoşuna gəldi, deyərək içəri keçdi. Nona quruyub heyrətlə indi gördüklərinin şokundan ayılıb onu dümsüklədi: Gəl qaçaq, bilirsən o gördüklərin nə qədər pul edir, bu necə dostdur, bilmirki sən stipendiyaya baxan ananın göndərdiyi ilə yaşayan tələbəsən, deyərək səsi titrədi. Bərkdən gülən türk tələbə onu sinəsinə sıxaraq Kamel blokundan bir qutu götürüb açanda satıcı içəridən çıxaraq əlində ki, bir şüşə Fransız şərabını da bükülünün içinə qoyaraq hamısını ondan heçnə soruşmadan səliqəli bükərək üstünə Montana yazılmış yaraşıqlı sellofan torbaya qoyaraq, yaxşı yol deyərək yola salmağa hazırlaşdı. Nona təəccüblə onlara baxaraq pul söhbətinin olmadığını görəndə türk tələbənin əllərini sıxaraq narahatlığını bildirəndə başa düşən satıcı ona ermənicə nəisə deyərək əllərini türk tələbənin çiyninə vuraraq: Bizlərdə belə işlərə qadınlar qarışmır, narahat olmamasını dedim, deyərək qızdan üzür istəyib onu kənara çəkdi. Yazıq sadəlövh Nona hardan biləydi ki, türk tələbə ilə dostunun Ağdama söykənən get-gedə inkişaf eləyən şərikli bizneslərinin bir qolu da bu satıcıya söykənir. Yəni gətirilən defisit, az tapılan malları bie tərəfdəndə öz qiymətini də əlavə etməklə bu satıcı realizə edir, yəni ayda bir dəfə hesablaşdıqlarından, o dostu ilə, satıcı da olan malları Nizamiyə çatan əsas hissəsini ödəyər, satıcıya imkan verərdilər ki, tələsmədən malları öz xeyri ilə bərabər yaxşı satdıra bilsin. Ona görə də bükdüyü ləzzətli, az tapılan malları Nonanın təəccübünə rəğmən belə səxavətlə bükməsinin əsasında qarşılıqlı iqtisadi maraqlar dayanar, satıcı da onların babat bir Jiqulini almağa çatan pulları var idi ki, onun və dostunun idi, yəni artıq Nizamiylə o hissəni hesablaşıb bağlamışdılar. Satıcı o pullardan verəndə bükdüklərinin pulunu artıqlaması ilə çıxacaqdı. Qapıdan çıxanda türk tələbə tanışından soruşdu: Demədin axı bunları hardan tapmısan? - Sualına satıcı belə cavab verdi: Yuxarıdakılara gətirmişdilər bir azda mənə düşdü, hə, yadımdan çıxmamış al bu kasetə də qulaq as, Səidin təzə lentidir, zalım oğlu Qarabağın maralı ilə az qala ağladır, deyərək cibindən çıxardığı kaseti də ona verdi. Sonra üzünü Nonaya tutub yenə ermənicə nəisə deyib sonra türk tələbəyə tərcüməsini etdi: Qaqa səni tapşırırdım, dedim səndən muğayət olsun, birdə axı saçımı nahaq ağartmamışam, gördüm pulundan narahatdır, bizim aramızda boş şeydir belə şeylər, deyərək ürəyini sakitləşdirdim - sözlərindən içəri qayıtdı. Nona bir söz deməsə kaman qaşları çatılmış, beyində nəisə hesablayırdı. Türk tələbə onun narahatlığının dərinləşib şüphəyə keçməməsindən ötrü: Hə, mənim balacam ikimizin gecəsidir bu gecə, Fransız ətrindən səpərsən, məndə Fransız konyakından az-az vurub səni öpə-öpə də ağzını dada gətirəcəyəm deyərək onu bərk-bərk özünə sıxdı. İsti-ilıq nəvazişdən şirin sözlərdən, qılıqdan ötrü körpə uşaq kimi bayılan qız az qala bayılaraq ona daha bərk sıxıldı. Nonanın mağazadakı haqq-hesabı bir anlığa unutduğunu, şirin sözləri, nəvazişləri ilə yaddan çıxartdığını qızın xarakterinə yaxşıca bələd olan türk tələbə yəqin olsa da bu söhbətə qayıdacağını bildiyindən tutarlı səbəblər də fikirləşməyə başladı ki, qız şüphələnib narahat olmasın. Kitabımızın gələn fəslində də o dadlı, doyulmaz gecədən yazacağıq nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>