Kəndimizin son günü: Türk tələbə və erməni qızı Nona (107-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü: Türk tələbə və erməni qızı Nona (107-ci yazı)

Baş-Redaktor-300x228Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımıza daxil olan "Türk tələbə və erməni qızı Nona" adlı romanımızdan fəsillər.

107-ci Fəsil

Türk tələbə ilə Nonanın tanrıdan oğurladıqları o qaynar, ehtiraslı, qara sevdalı eşqə, sevgiyə bələnmiş qaynar gecəsindən yazdığımız, təsvir elədiyimiz, qarlı, şaxtalı fevralın ilk günü də eləbil ötən əsirdən boylanan ilğım kimi görünən zaman kəsiyinin eynidir, təkrarıdır.

Sadəcə dəyişən zaman, məkan, ağaran saçlar, ömrün əlli beşindən sonrakı günəşində şəfəqlərini əsirgədiyi güneyidir. O qədər bulanlıq sular axdı ki, yaşı otuz beşə çatan illər də, danışmaqla, yazmaqla sonu gələn deyil, o sevdalı eşq otağından bal səsi ilə Şuşanın dağlarının başındakı ağ əlçim buludlara sığal çəkən, hələ onda o pəmbə buludlar bəxtəvər-bəxtəvər gəzinərdi, sinələrinə qanlı erməni güllələri, mərmiləri dəyərək qanına qəltan etməmişdi, Şuşa ilə bərabər əsir düşən, həsrətimiz çəkən bu buludları. Qarabağın, bütöv Azərbaycanın korifey sənətkarı ağdamlı Sədi Məmmədov da qanlı bir avtomobil qəzasın da həyatını itirmişdi, şaqraq nəğməli bülbüllər kimi ötərək ürəkləri, qəlbləri fəth edərdi. Onda dünya hələ bəmbəyaz, ağappaq alça çiçəyi oxşarı bəxtəvər libasını dəyişməmişdi, qanlı-qanlı erməni işləklərinə imzasını atmamışdı hələ.

Dünya bizim, sevənlərinə eşq odun da yananların, bir sözlə bizlərə qucaq açmışdı, hələ ki, istəklərimizə yox demirdi.

Pəncərədən Kamelin tüstüsünü qarlı, şaxtalı havaya üfürərək külünü də türkün düşməni erməninin bu azacıq işığı süzülən mənzilə qanlı-qanlı baxan heykəlinə doğru çırpanda otaqdan quş zərifliyi ilə sanki uçaraq hamamdan, hovlu məhrabaya bürünərək ötən Nonanın hərarətini duyaraq qanı damarlarında iti-iti vurmağa başlasada özünü ələ alaraq keçib divanda oturdu. Yataq otağında bəxtəvər zümzüməsi eşidilən Nona gecənin qaranlığını aldığı uzun saçlarını darayaraq qurulayır, ütülü, ətirli paltarlarını geyinirdi. Türk tələbə birlikdə olduqları il yarımdan çox müddətdə hamam otağında bir dəfə də olsun kirli, əyindən çıxarılan palpaltarı görmədi, ideal dərəcə də təmizliyi sevən, qoruyan qız elə edərdi, hara yığardısa yuyulana qədər heçnə gözə dəyməzdi. Türk tələbə suyla elə də bərk mehribanşılığı olmasa da demək olar ki, günaşırı səliqəli, can rahatlığı gətirən Nonanın hər dəqiqə əlini gəzdirdiyi hamam da çimər, hər gündə onu canından artıq sevən, nazıyla oynayan qız çini ləyəndə isti suyu divanın qarşısına gətirər, həvəslə onun ayaqlarını, barmaqlarını ovar, ovar şıltaqlıqla barmaqlarını şaqqıldadar, sonra balaca məhraba ilə silərdi. Nona bunlardan elədiklərindən böyük zövq alaraq ilk fürsətdə də boynunu qucaqlar, doyulmaz-doyulmaz öpərək az qala özünü unudardı.

Konyakdan bir qədəh də süzərək içdikdən sonra, bir parça da şokoladı dişləyək türk tələbə qızı səslədi: Onsuz da gözəlsən az bəzən, şokoladları yeyib qutardım, gəl çıx. Qara saçları axaraq çiyinlərində, kürəyində, hətta sinəsində dalğalanan Nona astaca addımlarla divana yaxınlaşdı. İsti sudan yanaqları qızarmış, tutaş kipriklərinin sərhədlədiyi iri qara gözləri işıq saçan Nona əyninə xırdaca ayaqlarını örtən qırmızı çiçəkli ağapaq alça çiçəyindən rəng alan beli büzməli paltar geyərək incə belini zərif, eyni parçadan olan kəmərlə boğaraq düyüm salmayan şəkildə bağlamışdı. Divanın bir tərəfində ustufca oturan Nonadan gələn dadlı ətirli qoxusu türk tələbəni qarşısı alınması mümkün olmayan dəli bir istəklə ona doğru qanadlandırırdı, oğlan qızı özünə sıxaraq bağrına basdı, akasya çiçəyi, lavanda ətirli saçlarından öpə-öpə ürəyinin zərif çırpıntılarını hiss eləyərək bir xeyli buraxmadı. Nona onun sinəsində uçuna-uçuna köz kimi çiyələk dodaqları ilə sevimlisi türk tələbənin hərarətli,siqaret bir azda konyak, şokolad qoxuyan dodaqlarını, yanaqlarını öpə-öpə rabitəsiz pıçıltılarını sıpılıyırık dünyanın bu vaxtını, zamanını sanki dayandırmaq bu bəxtəvərliyin ömrünü uzatmaq əbədiləşdirmək istəyirdi. Türk tələbə sinəsinə sıxdığı bu isti varlığı öpərək, sirli, sehirli bir dünyaya aparan bəmbəyaz zərif, hələ şehi qurumamış xətləridə yaxından görəndə az qala huşu başından çıxdı və dünyanın ən şirin sevgi nağılının növbəti səhifəsi də belə yazılmağa başladı, bu qarlı, şaxtalı, ayazlı, boranlı gecə də. Odlu-alovlu, qara sevdalı eşqindən, sevgisindən, istəyindən az qala bayılan Nonaya Belçika şokoladından dadmaq hələ ki, qismət olmasa da sevdiyinin ağuşunda onun odlu-alovlu öpüşlərindən aldığı ləzzəti, həzzi dünya da heçnə əvəz edə bilməzdi. Qarşı da isə odlu-alovlu, ehtiraslı, tanrıdan oğurlanmış tez əriyən bir gecə bir də iki sevən qəlbin bir döyünən çırpıntıları var idi. Dünyadan xəbərsiz Sədi isə Qarabağın maralını oxuyardı. Kitabımızın gələn fəslində nostalji hissləri oyadacağıq, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>