"Məni anım günümdə deyil, ad günümdə xatırlayın" | SON XƏBƏR | SON XƏBƏR

“Məni anım günümdə deyil, ad günümdə xatırlayın”

barish-manco_300x159Bu gün Türkiyənin məşhur rok, pop və müasir türk sənətçisi, televiziya aparıcısı Barış Mançonun doğum günüdür.

O, 1943-cü ildə İstanbulda dünyaya gəlib, 1999-cu ildə elə orada vəfat edib. Türkiyədə rok musiqinin qabaqcıllarından sayılan sənətçi musiqiyə "Qalatasaray" liseyində başlayıb.

Ali təhsilini Belçikada alan Manço 200-dən çox bəstənin müəllifidir. Bu mahnıların bir hissəsi sonralar ərəb, bolqar, alman, fransız, yapon, yunan və bir sıra dillərə tərcümə olunaraq ifa edilib. Milyonlarla insanın qardaşı olan Barış Mançonun “Dünəndən bugünə”(1972) (Sayan), “Yeni bir gün” (1979) (Yavuz və Burç Plakçılık), “20 sənət ili Disko Manço” (1980) (Türküola), “Dəyməsin yağlı boya” (1986) (Plakçılık) və s. albomları çıxıb.

Yazdığı vəsiyyətində ifaçı öldüyü gündə deyil, doğum günündə xatırlanmasını istəyib.

O, vəfat etməzdən öncə ömrünün 40 ilinə həsr etdiyi “40-cı il” mahnısını bəstələyib, lakin sözlərini yaza bilməyib. Bu mahnının da yer aldığı “Mançoloji” albomu 1999-cu ildə yayımlanıb və 2.6 milyon satılaraq rekord qırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>