Müharibəyə qədər burdayıq - Gürcü legionu | SON XƏBƏR | SON XƏBƏR

Müharibəyə qədər burdayıq – Gürcü legionu

gurculegionu_281x187Gürcü legionu Ukrayna ordusunu tərk etməyib, sadəcə olaraq bizim alayımız dəyişdirilib.

Bunu RBK televiziyasına açıqlamasında Gürcü legionunun komandiri Mamuka Mamulaşvili söyləyib.

“Bu 54-cü alayın rəhbərliyi olan daxili konfliktin nəticəsi idi. Buna görə də biz alayı tərk etdik və digər alaya keçdik. Gürcü legionu Ukraynanı Rusiya ilə müharibə bitənə qədər tərk etməyəcək. 54-cü alayı tərk etməyimiz Mixail Saakaşvili ilə Ukrayna Prezidenti Pyotr Poroşenko arasındakı konfliktlə bağlı deyil. Biz yalnız vətəndaşı olduğumuz ölkənin siyasi proseslərində iştirak edəcəyik” – deyə o bildirib.

Qeyd edək ki, Gürcü legionu 54-cü alayı yanvarın əvvəlində alay komandiri ilə yaranan mübahisə ucbatından tərk edib. Buna səbəb dekabrın 16-da keçirilən əməliyyat olub. Bu əməliyyat nəticəsində legionun 11 döyüşçüsü yaralanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>