Tətil Afinanı iflic etdi - Foto | SON XƏBƏR | SON XƏBƏR

Tətil Afinanı iflic etdi – Foto

afina-tetilAfinada nəqliyyat işçilərinin keçirdikləri tətil şəhəri iflic edib.

Tətil nəticəsində aeroport, metro və tramvayların fəaliyyəti dayandırılıb. Trolleybusların və avtobusların sürücüləri həmkarlarını növbəti tətildə dəstəkləyəcəklərini bəyan ediblər. Dəmir yolu, dəniz federasiyasının təmsilçiləri, Afina və Pirey şəhərlərinin həkimlərinin birliyi də tətilə qoşulublar. Həkimlər yalnız təcili tibbi yardıma ehtiyacı olan xəstələri qəbul edirlər.

Qeyd edək ki, tətil Yunanıstan hökumətinin qəbul etdiyi yeni iqtisadi islahatlara qarşı yönəlibdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>