Votsapdan daha bir yenilik | SON XƏBƏR | SON XƏBƏR

Votsapdan daha bir yenilik

votsapp_300x158Votsap yeni Votsap Biznes adlı tətbiqini yayımlayıb.

Proqram Feysbuk tərəfindən pulsuz olaraq yüklənmək üçün təqdim edilib. Bu tətbiq kiçik şirkətlərin potensial müştərilər tərəfindən tanınmasını asanlaşdıracaq. Şirkət sahibləri üçün nəzərdə tutulan bu yenilik Votsap üçün bir şirkət profili yaradıb şirkətin məqsədini göstərməyinizə icazə verir. Şirkət üçün elekron poçt ünvanı və internet saytı "URL”si də əlavə edə bilərsiniz.

Tətbiqi hazırlayarkən zamanınıza qənaət etmək üçün bəzi funksiyalar düşünülüb. Belə ki, sürətli cavablar sayəsində tez-tez verilən suallara cavab verə, mesajlarınızın baxış statistikasını görə bilərsiniz.

"Votsap Biznes” normal istifadəçilərə şirkət hesabı olaraq görülür. Firma bu hesablara yaxın gələcəkdə "təsdiq edilmiş hesab” xüsusiyyətini gətirməyi planlayır. İstifadəçilər digər istifadəçiləri əngəlləyə bildikləri kimi şirkətləri də əngəlləyib, spam olaraq qeyd edə bilərlər.

"Votsap Biznes” hazırda, "Quql Play”də İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ üçün təklif edilir. Tətbiqi Türkiyə və digər ölkələr gələcək həftələrdə yükləyə biləcəklər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>