Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir-Qaralov2-300x228112Baş Prokuror: İkinci kitabdan fəsillər

19-cu Fəsil

Azərbaycanımızın prokurorluq orqanlarının son dönəmlərdə ki, fəaliyyətinə nəzər yetirəndə uğurla, yüksək nailiyyətlərlə naxışlanmış işləri, davamlı olaraq həyata keçirilən məqsədyönlü tədbirlər göz oxşayır. Ölkədə cinayətkarlıq səviyyəsinin azalmasında digər hüquq-mühafizə orqanları ilə birgə prokurorluq orqanlarının da gərgin əməkləri, yorulmaz fəaliyyətləri danılmazdır.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi: Qanun qarşısında hamı birdir, heç kimə fərq qoyula bilməz! Fikirlərini, çıxışlarını gərgin iş fəaliyyətlərində prioritet, proqram kimi qəbul edərək, Dövlət Başçımıza, Dövlətimizə, xalqımıza, ölkəmizə sarsılmaz sədaqət hissləri ilə şərəflə xidmət edən Baş Prokuror cənab Zakir Qaralovun iti zəkalı, uzaqgörən, soyuqqanlı, yüksək dərəcədə peşəkar rəhbərliyi ilə prokurorluq orqanları əməkdaşları da bütün sahələrdə cinayətkarlığın qarşısın vaxtında alınmasından ötrü yorulmadan çalışırlar.

Baş Prokuror cənab Zakir Qaralov prokurorluq orqanlarına birmənalı olaraq qızıl dövrünü yaşadır, cəmiyyətimizin bütün təbəqələrində, yüksək dərəcəli peşəkar, hüquqşunasların, savadlı, qabiliyyətli, vətənini, xalqını, dövlətini sevən, əsasəndə gənclərdən ibarət mobil, çevik komandaya, prokurorluq orqanlarına hörmətlə, yüksək etimadla, etibarla yanaşıb güvənərək, hüquqlarının göz bəbəyi kimi qanularımızın aliliyi çərçivəsində qorunduğuna inanırlar. Bütün bu dediklərimizə, yazdıqlarımıza ən bariz gözəl nümunələri isə, Baş Prokurorluğa böyük ümidlərlə müraciət edən ölkə vətəndaşlarımıza dərhal operativ şəkildə verilən yazı və onlayn cavablar, eləcədə qəbul edilərək düşündükləri, üzləşdikləri problemlərin qanunlar çərçivəsində həllini tapmaları və digərləri təsdiq edir. Vətəndaş isə ağrılı probleminin həllinə göstərilən isti, qayğıkeş, mehriban münasibətlərdən riqqətə gələrək, böyük sevinc hissləri ilə ailəsinin yanına qayıdır. Sonda isə konstitusion hüquqlarımızın qarantı olan müstəqil, qüdrətli, demokratik Azərbaycanımızın Prezidenti, Ali Baş Komandanı, bütün Qafqazın şəriksiz Lideri, türk dünyasının böyük oğlu, cənab İlham Əliyevə ünvanlanan, vətəndaşların sevgisi ilə naxışlanan alqış və duaların sayı-hesabı olmur. Dediklərimiz, yazdıqlarımız Baş Prokuror cənab Zakir Qaralovun qızıl dövrünü yaşatdığı prokurorluq orqanlarının şərəfli iş, peşə fəaliyyətlərinə bariz, gözəl nümunələrdəndir.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>