ABŞ diplomatı meydan oxudu: Türkiyə nəzarətdən çıxır | SON XƏBƏR | SON XƏBƏR

ABŞ diplomatı meydan oxudu: Türkiyə nəzarətdən çıxır

erik-edelman_300x185Türkiyə Suriyaya daxil olduqdan sonra bir vaxtlar xəyal belə edilməyən Türkiyə-ABŞ hərbi qarşıdurması ehtimalı gündəmə gəldi.

Bu sözləri ABŞ-ın Ankaradakı keçmiş səfiri Erik Edelman deyib.

Edelman Türkiyənin nəzarətdən çıxdığını və Vaşinqtonun artıq bunu açıq şəkildə Türkiyəyə deməli olduğunu bildirib.

“Bu artıq narahatlıq yaradan bir həqiqətə çevrilib. Türkiyənin Suriyanın şimalındakı kürd qruplarla vuruşması qeyri-sabitliyə gətirib çıxarır. Əsl təhlükə isə Ərdoğanın da inadla söylədiyi kimi, Menbiçə irəlilənməsi zamanı meydana gələcək. Bunun qarşısını almağın yeganə yolu isə ABŞ siyasətçilərinin daha şəffaf bir dillə Türkiyəyə məsələni izah etməsidir”, - Edelman deyib.

Türkiyənin Menbiçə irəliləyəcəyi halda ABŞ-la münasibətlərin böyük zərbə alacağını bildirən Edelman Vaşinqtonla əlaqələrin korlanmasının əsas səbəblərini açıqlayıb:

“Ərdoğan hakimiyyətində olan Türkiyə İrana qarşı beynəlxalq embarqonu yarmaq üçün ən böyük təşəbbüsləri göstərib. Türkiyə mətbuatı ABŞ-ın Suriyadakı gizli hərbi bazalarını yayımlayıb. Bir amerikalı rahib, bir NASA əməkdaşı və 2 səfirlik işçisi həbs edilib. Bunlar Ərdoğanın de-fakto əsirləri kimi saxlanılır. İndi də Rusiyadan müdafiə sistemi alırlar. Türkiyə Suriyada ABŞ müttəfiqlərinə hücum edir və bunları ABŞ-ın imperiya siyasətinə qarşı müqavimət olaraq qələmə verir”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>