Azərbaycan üçün önəmli günlərdən biri - 14 fevral | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan üçün önəmli günlərdən biri – 14 fevral

televiziya-diktor_299x18714 fevral – bu tarix dünyanın bəzi ölkələrində Ümumdünya Sevgililər Günü kimi qeyd edilir. Ancaq 14 fevral tarixində dünyada başqa və daha maraqlı hadisələr də baş verib. Azərbaycanda da 14 fevral bir çox əlamətdar günlərlə yaddaşlardadır.

1956-cı ilin 14 fevral tarixində Azərbaycan SSR-də ilk dəfə televiziya (Bakı televiziya studiyası) fəaliyyətə başlayıb. Söhbət indiki AzTV kanalından gedir. Bu Şərqdə ilk televiziya idi.

Bu gün həmçinin Azərbaycanda Hərbi-Hava Qüvvələri Günüdür. 1992-ci ildə Milli Ordunun Hərbi-Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral - Azərbaycanın Hərbi-Hava Qüvvələri Günü kimi qeyd olunur.

2011-ci ildə isə saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan "Mədəniyyət" fəaliyyətə başlayıb.

Daha bir maraqlı məqam: Azərbaycanın da daxil olduğu Sovetlər Birliyində 1956-cı ilin bu günündə Moskvada Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayı işə başlayıb. Qurultayda Nikita Xruşşov İosif Stalinin "şəxsiyyətə pərəstiş siyasəti" haqda tarixi çıxışını edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>