Bakı “güc siyasəti”ni davam etdirəcək - Nazir | SON XƏBƏR | SON XƏBƏR

Bakı “güc siyasəti”ni davam etdirəcək – Nazir

elmar-memmedyarov_300x177Azərbaycanda şiə və sünni müsəlmanlar birlikdə vəhdət namazı qılırlar.Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.

Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına verdiyi müsahibədə deyib.

“Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm”, 2017-ci il isə “İslam Həmrəyliyi” ili elan edilmişdi. Azərbaycan hökuməti, dövlət siyasətinin tərkib hissəsi kimi cəmiyyətimizdə multikultural ənənələri daha da inkişaf etdirir. Ölkəmizdə müsəlmanlar, ortodoks və katolik xristianlar, yəhudilər və digər dini konfesiyaların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayaraq, bir-birilərinin dini bayramlarında yaxından iştirak edirlər.

Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvlüyünə malik nadir ölkələrdən biri olaraq, bu iki qurumu və bu əsasda onlara üzv olan dövlətləri bir araya gətirərək “Bakı Prosesi” adlanan təşəbbüsün müəllifidir. Bu il Bakı Prosesinin 10 illiyi tamam olur. Azərbaycan öz zəngin milli təcrübəsi əsasında davamlı olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə yaxından töhfə verərək, Bakı Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərə ev sahibliyi edir.

2016-cı ilin sentyabrında Azərbaycana səfər edən Roma Papası Fransisk Azərbaycanı sivilizasiyalar arasında körpü kimi səciyyələndirmişdi.

Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq kimi “yumşaq güc” (soft power) elementlərini beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının vacib komponenti hesab edir və bu istiqamətdə sistemli fəaliyyətini bundan sonra da davam etdirəcəkdir”, - Məmmədyarov bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>