Kəndimizin son günü (108-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (108-ci yazı)

Baş-Redaktor-300x22821Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

108-ci Fəsil

Hə indi də düşək kəndimizin qış günün də bir az gəzişək. İndi isə dünyanın o günləri idi ki, kimsə başqasının həyat kitablarını oxumayaraq hərə öz qazanının qapağını qaldırırdı. Kəndimizdə Sahab kişinin yəqin xoş xatirələrlə xatırlayar camaatımız.

Sahab kişinin çox maraqlı, necə deyərlər unikal bir işi, vəzifəsi var idi ki, onu da səliqəli, məsuliyyətli yerinə yetirərdi. İctimai əsaslarla yerinə yetirdiyi bu vəzifəsinin müqabilində iş sahibləri ona müəyyən məbləğ ödəyərdilər. Sahab kişinin vəzifəsinin adı təlifçi idi, yəni kənd də xeyir-şər məclisləri olan da bir gün qabaq Sahab kişinin Çölməhləyə söykənən təzə məhəllənin qurtaracağın da üzüm bağlarına açılan yolun sonun da tikdirdiyi ağ daşdan olan evinə gedər, doqqaza çağırıb məclisin vaxtını-vədəsini bildirərdilər. Əsas işi üzüm bağların da hektarına qulluq etmək olan Sahab kişi də bir gün qabaq hektara getməz, qırmızı atını minərək qapı-qapı təklifini edərdi. Yəni, məsələn yaxınlaşar Qasımov İnkişaf Əliş oğlunun darvazasına çağırardı: Ay İnkişaf, ay İnkişaf, cavab verərənə, tutaqki Qasımov Tələt İnkişaf oğluna şirin hal-əhval etdikdən sonra məclisin vaxtını bildirər, mütləq atasına deməyi tapşırardı. Məclisin yerini bildirməyə ehtiyac duyulmazdı çünki, kənd də camaat kimin harda yaşaması yəni hansı məhəllə də evinin yerini bilirdi. Sahab kişi də çox ifallı, yumşaq xarakterli, əlindən yaxşılıqdan başqa heç bir iş gəlməyən, ziyansız adam idi. Kənd də raqayıb paylanmasını, əvvəl xeyir-şər məclislərinin təlifini sovetliyimizə daxil olan Yusifcanlı kəndindən olan, müğənni Arzu Qarabağlının atası edərdi. Pöhrüz adlı bu kişi yaşlandığından ağsaqqallar bi işi Sahab kişinin yerinə yetirməsini qərara alaraq sonda da istəklərinə nail oldular. Raqayıb paylanılması nə demək idi, İlin müəyyən bir əziz günündə camaat dünyadan vaxtlı-vaxtsız köçmüş əzizlərinin xatirəsini, adını anmaq üçün şirin, yağlı, qat-qat fəsəlilər bişirilər, üstü bolbol şəkərlənər, rəngli iplərdən hörülmüş xurcunlara yığılar, əvvəllər Pöhrüz kişi sonra Sahabkişi və yaxud da kim istəsə özü atın belinə aşıraraq hər evə paylayardılar. Elə yeməli olardı bu bişilər, bəzən yolda paylanar uşaqlara birini, ikisini əlavə verəndə sevincimizin həddi-hüdudu olmazdı. Həyətlərdən, darvazalardan çıxaraq bişiləri verənlərə ağbirçəklər, ağsaqqallar uca tanrıdan rəhmət diləyərdilər.

Atayev Sahab rəhmətlik Qoçu kişinin oğlu idi. Qardaşlarından biri faciəli şəkildə həlak olduğundan onun canına bu soyadı daşıyanlar (Qoçu kişinin övladları) and içəndə nə olursa olsun məsələ yekunlaşar hamı bilərdi ki, onların dediyi düzdür yəni zaval yoxdur. Sahab kişinin böyük oğlu Mehman qaçqınlıq illərində Mingəçevirdə qəssablıqla məşğul olaraq çörəyini çıxarardı. Kəndimizdə isə Mehman televizor ustası kimi məşhurlaşsada sonralar nəisə bu işin dalınca getmədi. Kəndin mərkəzi sayılan mağazadan arxadakı uşaq bağçasının yanından ortalığa məhlələrə dönən yolun qırağındakı qədim bir mərtəbəli tikili də qızı ilə yaşayan Nisarə xalanı yəqin xatırladınız. Avrora papirosunu daim müştüklə çəkən Nisarə xala Elman müəllimin bacısı idi. Elman müəllim məktəblə üzbəüz həyətdə ailəsi ilə yaşayar, ibtidai siniflərdə riyaziyyat dərslərini keçər, yay-qış müxtəlif rəngli şlyapalar başında olar, özünə məxsus üsullada dərslərini keçərdi.

Nisarə xalanın bir oğlu, bir qızı var idi. Qızı anası ilə yaşayar, üzüm bağlarında işləyər, ərindən ayrılsada sakitcə qız balalarını böyüdər kasıbçılığını edərdi. Nisarə xala özüdə bir ara məktəbdə xadimə işləyib biryerdə yaşadığı qızına balalarını böyütməkdə kömək, yardım edərdi. Nisarə xalanın tək oğlu (adını xatırlaya bilmədim, yaddaşımıza da keçən illər öz təsirini göstərir artıq) əsgərlikdən sonra da Moldoviyadan qayıtmayaraq, moldovan qızı ilə evlənərək böyük ailə sahibi olmuş gərək ki, o zamankı QAİ-də işləyirdi. Nisarə xalanın adını xatırlaya bilmədiyim oğlunu qara rəngli Volqa ilə həyat yoldaşı olan moldovan qızı ilə kəndimizə səyahətə gəldiyi gözlərimin qarşısından ani ilğım kimi keçərək, qeyb oldu. Sonralar kəndə xəbər yayıldı ki, Nisarə xalanın oğlunu nədən ötrüsə Moldoviya da iş başında öldürüblər. Qətlin üstü o illərdə Azərbaycandan kənarda öldürülən bir çox soydaşlarımızın taleyi kimi oldu, yəni qatili tapılmadı.

Bir xeyli keçəndən sonra Nisarə xalanın gəlini qızlarını da götürüb kəndə gəldi, səbəbini belə izah etdilər ki, Nisarə xalanın oğlunu öldürənlərdən onun balalarına da təhlükə olduğuna görə gəlin uşaqları Azərbaycana qaçırtmalı olub. Qaragöz, qaraqaş bizimkilərdən seçilməyən gəlin az keçmədi ki, dilimizdə öyrənərək ferma da işləyib camaata qaynayıb-qarışdı. Nisarə xalanın gəlinin qızları yanında daş yolla fermaya səhər-axşam işə getdiyi gözlərimin qarşısındadır. Qaçqınçılıq da bu qadının qızları ilə hara üz tutduğunu, öz Moldoviyasına qayıtdığından məlumatsızam. Kəndimizin xəstəxanasında diş həkimi işləyən Nofəli xatırlatmaq istəyirəm oxucularımıza. Ağdam da yaşayan yarlı-yaraşıqlı Nofəl həkim hərgün kəndimizə, xəstəxanadakı kabinetinə gələr, camaatın dişlərini müalicə də etsə əsas işi qızıl dişlə məşğul olmaq idi. Rayon mərkəzində hərcürə şəraitli geniş mülkdə yaşayan Nofəl həkim qızıl diş üçün ona sifariş verən camaatı yola verər qiymətdə çənə-boğaz etməyi sevməzdi. Az müddətdə istiqanlı Nofəl həkim camaata elə qaynayıb-qarışdı ki, xeyirdə-şərdə birinci çatdığından onun kənardan olduğunu belə unutduq. Nofəl həkim təzə maşın həvəskarı idi. Müxtəlif sovet maşınalarını tez-tez dəyişən Nofəl həkimin axırıncı maşını təzə, qırmızı rəngli son buraxılış Moskviçini yaxşı xatırlayıram.

Sonralar Qasımov İnkişaf Əliş oğlu ilə mehribançılıq ailə dostluğuna çevrildiyindən uşaqlıqdan qızıl-gümüş, var-dövlət həvəskarı olan oğlu Səmədi o dövr üçün prestijli sayılan diş düzəltmək, qızıla-gümüşə daha yaxın olsun deyə Nofəl həkimin yanına şəyirdliyə verdi. Nədənsə axırda Səməd alveri seçərək azdan-çoxdan öyrəndiyi bir sənətin ardınca getmədi. Kitabımızın irəliləyən fəslində də yaddaşlarımızdakı xatirələri çöxələyəcəyik, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>