Kağız və bakteriyadan batareya hazırlandı | SON XƏBƏR | SON XƏBƏR

Kağız və bakteriyadan batareya hazırlandı

sekilr_300x169Alimlər kağız üzərində xüsusi bakteriyalar hesabına işləyən və qatlanan batareya hazırlayıblar.

Batareyanın hazırlanması üçün dünyanın istənilən yerində əldə edilə bilən sadə elementlərdən istifadə olunub. Alimlər buna kağız üzərinə üstü mum qatı ilə örtülmüş gümüş nitratı çəkərək nail olublar.

bakteriyalardan ibarət olan maye batareyanın digər tərəfində yerləşən keçirici polimerdən hazırlanmış kiçik anbarına tökülür. Batareya qatlandıqda səthlərin təması zamanı yaranan bakteriyaların metabolizmi sayasində aktivləşir. Batareyanın qüvvəsi isə təmasa girən qatların sayından asılıdır.

İstehsalçıların sözlərinə görə, böyük qüvvəyə malik olmayan batareyalardan əldə olunan enerji diabet xəstələrin qanında qlyukozanın səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş biosensor aparatlardan və digər az enerji serf edən tibbi cihazlardan istifadəni mümkün edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>