Olimpiadadakı yeganə idmançımız yarışa qoşulur | SON XƏBƏR | SON XƏBƏR

Olimpiadadakı yeganə idmançımız yarışa qoşulur

patrik-olimpiyaAzərbaycan idmançısı Patrik Braxnerin Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında start xəttinə çıxacağı gün və saat məlum olub.

“Ağ Olimpiada”da yeganə təmsilçimiz ilk cəhdini fevralın 18-də edəcək.

Həmin gün nəhəng salolom yarışları baş tutacaq. Mübarizəyə start Bakı vaxtı ilə saat 05:15-də veriləcək. Lakin sıralamanın nəticəsinə əsasən Braxner Olimpiadaya 3,5 saat sonra da qoşula bilər.

Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq. Bu dəfə də idmançılar start xəttinə 05:15-də çıxacaqlar.

Qeyd edək ki, Braxner Azərbaycan millisinin heyətində Soçi-2014-də də yer alıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>