Putin FTX-nin səlahiyyətlərini artırır | SON XƏBƏR | SON XƏBƏR

Putin FTX-nin səlahiyyətlərini artırır

putin1.jpg2.jpg3_300x171Hüquq-mühafizə orqanları sistemindəki son 10 ildə keçirilən bütün islahatlar hakimiyyət və pul uğrunda mübarizədir.

Bunu “Rosbalt” agentliyinə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki, keçmiş deputat Gennadi Qudkov söyləyib.

“FTX-nin səlahiyyətlərinin artırılmasının heç bir başqa hədəfi yoxdur. Məsələn, 2010-cu ildə polisdəki islahatlar Rusiyaya hüquq-mühafizə orqanlarının effektivliyi, vətəndaşların təhlükəsizliyinin gücləndirilməsi baxımından heç nə vermədi. FTX bizdə yenidən bədheybətə çevrilib və bütün hüquq-mühafizə orqanlarının tabe olduğu orqana çevrilib. FTX-dən müəyyən qədər azad olan qüvvələr Milli Qvardiya və Federal Mühafizə Xidmətidir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı FTX-ya xüsusi haqların veriləcəyi barədə məlumat yayıb. Belə ki, yeni reformlar sayəsində FTX-ya xüsusi subyektlər – prokurorlar, istintaq orqanlarının rəhbərləri və vəkillər barədə cinayət işi qaldırmaq səlahiyyəti verilə bilər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>