Putinlə bağlı yalan danışan Niderlandın Xarici İşlər naziri istefa verdi | SON XƏBƏR | SON XƏBƏR

Putinlə bağlı yalan danışan Niderlandın Xarici İşlər naziri istefa verdi

halbe_300x17917:10

Rusiya Prezidenti Vladimir Putinlə görüşüm və bu zaman onun Böyük Rusiya planları haqda məlumat almağımla bağlı açıqlamalarım uydurmadır.

Bu sözləri Niderland Xarici İşlər naziri Halbe Zeylstra deyib. O, yerli mətbuata açıqlamasında bu barədə məlumatları başqa birindən öyrəndiyini, o vaxt seçkidə xal qazanmaq üçün belə bir yalan uydurduğunu etiraf edib.

Niderland Baş naziri Mark Rutte isə Zeylstranın yalan danışmaqla böyük səhvə yol verdiyini, lakin hökumətin vacib üzvlərindən olduğu üçün vəzifəsinin icrasına davam edəcəyini söyləyib.

Qeyd edək ki, Zeylstra iki il əvvəl seçim kampaniyası zamanı 2006-cı ildə Putinlə şəhərdən kənarda yerləşən evində görüşdüyünü və onun Böyük Rusiya və qonşuluqdakı ölkələr haqqında planları barədə məlumatlı olduğunu söyləmişdi.

***

Rusiya lideri Vladimir Putinlə görüşməsi barədə yalan danışdığını etiraf edən Niderlandın Xarici İşlər naziri Halbe Zeylstra istefa verib.

Bu barədə “Teleqraf” agentliyi məlumat yayıb.

“Mən səhv seçim etdim. Bunu etməməli idim. İstefadan başqa variant görmürəm”, - deyə sabiq nazir bildirib.

Qeyd edək ki, Halbe Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdən öncə istefasını açıqlayıb.

Rusiya XİN bildirib ki, Halbenin səfərdən imtina etməsi barədə rəsmi məlumat artıq çatıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>