“Real”ın fəlsəfəsi bunun üzərində qurulub - Xavi | SON XƏBƏR | SON XƏBƏR

“Real”ın fəlsəfəsi bunun üzərində qurulub – Xavi

xavi_300x169"Barcelona"nın sabiq kapitanı Xavi Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan "Real" - PSG (3:1) qarşılaşması barədə fikirlərini bölüşüb.

Veteran futbolçu meydan sahiblərinin qələbəyə layiq olmadıqlarına işarə vurub.

"Real"la oyunda ələ düşən imkanlardan yararlanmaq lazımdır. Əks halda, onlar səni cəzalandıracaq. Ən pisi odur ki, "Real" xüsusi bir şey etmədən rəqibinə qalib gəldi. Əks-hücumlar qələbə üçün kifayət etdi. PSG matçın əksər hissəsində üstün futbol oynadığından nəticə ədalətsizdir. Hesab 1:1, 2:2 və ya 2:1 qonaqların xeyrinə olmalı idi. Bu izaholunmazdır. "Real" oynamadı, amma qalib gəldi. Mənə görə Madrid klubu PSJ-dən yaxşı deyildi. Lakin bu, onlar üçün ciddi önəm daşımır. "Real"ın fəlsəfəsi sadə olub qalib gəlmək üzərində qurulub. Onlara qarşı "Santiago Bernabeu"da oynamaq bu səbəbdən çətindir. PSJ "Barselona" kimi oynadı".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>