Türk donanması hərəkətə keçdi: 4 tərəfdən mühasirə... | SON XƏBƏR | SON XƏBƏR

Türk donanması hərəkətə keçdi: 4 tərəfdən mühasirə…

turk-gemi_300x169Ötən gün Egey dənizində Türkiyə ilə Yunanıstan arasında gərginliyə səbəb olmuş qarşıdurmanın təfərrüatı bəlli olub.

Gərginlik Yunanıstana aid 3 sahil mühafizə qayığının Türkiyə sularına daxil olması ilə başlayıb.

Türkiyə Sahil Mühafizə Xidmətinin xəbərdarlığına məhəl qoymayan yunan qayıqları təxminən 15 dəqiqə ərzində Türkiyə sularında qalaraq sərhəd pozuntusuna yol verib. Sərhədi pozan yunan qayıqlarına Türkiyə SMX-i müdaxilə edib. Təqribən yarım saat ərzində yaşanan qovalamadan sonra Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus kater yunan katerinə çırpılaraq onu öz sularından qovub. Hadisədən sonra əraziyə 2 hücum kateri, 6 sahil mühafizə qayığı, bir döyüş gəmisi və bir axtarış-xilasetmə gəmisi cəlb olunub. Kardak qayalıqlarını 4 tərəfdən mühasirəyə alan türk gəmiləri hava qaraldıqdan sonra da ərazini tərk etməyib.

Qeyd edək ki, ötən gün yunan mətbuatı Türkiyə və Yunanıstana məxsus gəmilərin Kardak qayalıqları ərazisində toqquşduğunu bildirmişdi.

Olaya Türkiyə lideri Ərdoğan da reaksiya vermişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>