Türk klubu “Ərəb Messi”nin izinə düşdü | SON XƏBƏR | SON XƏBƏR

Türk klubu “Ərəb Messi”nin izinə düşdü

gb2vj83zexa_300x169Türkiyə Superliqasının son iki mövsüm çempionu olan “Beşiktaş” Birləşmiş Ərəb Əmirliklərində “Ərəb Messi” ləqəbi ilə tanınan Omar Əbdülrəhmanı transfer etmək niyyətindədir.

“Beşiktaş”ın baş məşqçisi Şenol Güneşin istəyi ilə başlayan 10 nömrəli futbolçu axtarışı sürpriz şəkildə 26 yaşlı Omar ilə nəticələnib.

“Ağ-qaralar” artıq futbolçu ilə danışıqlara başlayıb. İddiaya görə, “Beşiktaş" 28 fevralda müqavilə müddəti bitən Omarla yeni müqavilə imzalayacaq və bu mövsümlük icarəyə verəcək. Daha sonra yeni mövsümdən öz heyətinə qatacaq. Klub bunun üçün futbolçunun hazırkı komandası “Əl-Əin”ə 3 milyon avroluq təklif yollayıb.

Ali səviyyəli texnikası, sürəti və futbol bilgiləri ilə “Mançester Siti”nin də transfer siyahısında olan Omarın “Beşiktaş”a keçid şansı daha çoxdur. Futbolçunun da Türkiyə liqasında çıxış etməyə maraqlı olduğu bildirilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>