Yaponiya bu ölkə ilə də Koreyaya qarşı razılaşdı | SON XƏBƏR | SON XƏBƏR

Yaponiya bu ölkə ilə də Koreyaya qarşı razılaşdı

yaponiya_300x178Yaponiya və Sinqapurun xarici işlər nazirləri Şimali Koreyanın BMT Təhlükəsizlik Şurası tərəfindən ona qarşı tətbiq etdiyi sanksiyalardan yayınmasının qarşısını almaq üçün birgə fəaliyyət barədə razılığa gəliblər.

Nazir Taro Kono Sinqapura səfəri çərçivəsində fevralın 12-də həmkarı Vivian Balakrişnan ilə görüşüb.

Xatırladaq ki, cari ildən başlayaraq Sinqapur Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) sədrlik edir.

Görüş zamanı T.Kono Şimali Koreya məsələsinə toxunaraq qeyd edib ki, beynəlxalq ictimaiyyət Qış Olimpiya Oyunları çərçivəsində xoş təəssürat yaratmağa çalışan Pxenyanın “təbəssüm diplomatiyasına” aldanmamalıdır.

Nazir Cənub-Şərqi Asiya ölkələrinə müraciət edərək, onları ayıq olmağa və Pxenyanın sanksiyalardan yan keçmək üçün göstərdiyi müxtəlif cəhdlərin qarşısını almağa çağırıb.

V.Balakrişnan bunun cavabında bildirib ki, ASEAN BMT Təhlükəsizlik Şurasının sanksiyalarının tam yerinə yetirilməsi üçün öz üzərinə düşən işi layiqincə həyata keçirəcək.

Xarici siyasət idarələrinin rəhbərləri Şimali Koreyaya qarşı təzyiqləri artırmaq üçün birgə fəaliyyət barədə də razılığa gəliblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>