Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir-Qaralov2-300x228112Baş Prokuror: İkinci kitabdan fəsillər

22-ci Fəsil

Azərbaycan prokurorluq orqanlarında tətbiq edilən qabaqcıl iş təcrübələri, elmin-texnikanın son nailiyyətlərini əks etdirənelmi metodların praktikaya tətbiqi, cinayətlərin törənmə səbəblərinin araşdırılaraq əvvəlcədən qarşısının alınmasına xidmət edir. Xüsusi ilə ağır cinayətlərin vaxtında, isti izlərlə üstünün açılaraq ifşa edilməsi, ölkə vətəndaşları ilə prokurorluq orqanlarının sıx təmasının, qarşılıqlı etimadın göstəricisidir, bu böyük etibar, güvəndə sonda uğurlu nəticəni təmin edir. Məhkəmə baxışlarında, proseslərində də müşahidə edilən, birmənalı olaraq görünən odur ki, dövlət ittihamını müdafiə edən prokurorlar bütün hallarda araşdırılan cinayətlərin törənmə, başvermə səbəblərinində ən incə, xırda detallarını araşdıraraq, cinayətkarın qanun qarşısında törətdiyi cinayət əməlinə görə cavab verməsini təmin edərək, eyni zamanda kimliyindən, şəxsiyyətindən, cəmiyyətdə tutduğu mövqeyini, dini-siyasi baxışlarını, dininə, irqinə fərq qoymadan bir sözlə qanunun aliliyinin qorunmasına xidmət edirlər.

Dövlət Başçımıza, Dövlətimizə, xalqımıza, ölkəmizə, dövlətçiliyimizə hər zaman sarsılmaz sədaqət hissləri ilə şərəflə xidmət edən Baş Prokuror cənab Zakir Qaralovun qızıl dövrünü yaşatdığı prokurorluq orqanlarının uğurlu, yeni-yeni nailiyyətlərlə zənginləşən gərgin, iş, peşə fəaliyyətləri ilə bağlı apardığımız müşahidələr bu qənaətimizi dahada möhkəmləndirdi ki, Azərbaycan prokurorluq orqanları əməkdaşlarından ötrü əsas faktor, prioritet insan amili olaraq, ölkə vətəndaşlarının konstitsion hüquqlarının da qanunların aliliyi çərçivəsində göz bəbəyi kimi qorunmasıda əsas meyardır.

Baş Prokuror cənab Zakir Qaralovun bölgələrdə vaxtaşırıkeçirdiyi, vətəndaşların qəbulları zamanı da müraciət edənlər, qəbula gələnlər diqqətlə dinlənilərək problemləri araşdırılaraq çox zamanda operativ surətdə yerindəcə həll edilir ki, müraciət edərkən, qarşılığında gördüyü isti, xoş münasibətdən, qanunlar çərçivəsində həll edilən problemlərindən rahatlanan vətəndaşlarda Dövlət Başçımıza alqışlar, dualar ünvanlayıb, sevinərək onu gözləyələrinin, ailəsinin, övladlarının yanlarına qayıdarlar.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>