ABŞ-la razılaşdıq: YPG çəkilir, biz ora giririk - Çavuşoğlu | SON XƏBƏR | SON XƏBƏR

ABŞ-la razılaşdıq: YPG çəkilir, biz ora giririk – Çavuşoğlu

mevlut_cavushoglu1_300x168Menbiçin taleyi oranın əhalisindən asılı olacaq. Tutaq ki, burada əhalinin 90 faizi ərəbdirsə, şəhəri ərəblər idarə edəcək.

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Heç bir halda YPG-nin burada möhkəmlənməsinə icazə verilməyəcək. Bizim tələbimiz budur! Bu siyasəti ABŞ-la birlikdə həyata keçirəcəyik. Menbiçdə bir model yaradacağıq və daha sonra bunu başqa bölgələrə də tətbiq edəcəyik. YPG terror təşkilatı Menbiçdən çıxdıqdan sonra oranın təhlükəsizliyini ABŞ və Türkiyə hərbçiləri təmin edəcək”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Menbiçdə Ankara ilə birgə təhlükəsizliyə nəzarət etmək barədə təklif irəli sürmüşdü.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>