"Avroviziya" mahnızımın klipi təqdim edildi | SON XƏBƏR | SON XƏBƏR

“Avroviziya” mahnızımın klipi təqdim edildi

aysel-memmedova_300x150“Avroviziya-2018” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Məmmədovanın (AISEL) ifa edəcəyi mahnının klipi təqdim edilib.

“X my heart” adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar. Klipin rejissoru mahnı haqqında təəssüratlarını belə bölüşüb: “Mahnını ilk eşidərkən xoşbəxtlik, optimizm, məsumluq hiss etdim. O dəqiqə mənə aydın oldu ki, klipin çəkilişləri zamanı uşağı lentə almalıyam. Bu, Ayselin daxilindəki uşağı simvolizə edir. Mən həqiqətən çox istedadlı musiqiçi və müğənni Aysel ilə işləməkdən xoşbəxtəm. Ona müsabiqədə uğurlar arzulayıram”.

Qeyd edək ki, sözügedən mahnı müsabiqəsinin yarımfinalları mayın 8 və 10-da, finalı isə mayın 12-də Lissabonda keçiriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>