Azərbaycanın bunda böyük rolu var - Avropalı diplomat | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın bunda böyük rolu var – Avropalı diplomat

baku_00_300x156Azərbaycanın Avropanın enerji ilə təmin edilməsində böyük rolu var. Bu, Azərbaycan-Avropa əlaqələrinin inkişafına töhfə verir.

Bu fikri Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas martın 13-də Bakı Slavyan Universitetində Bolqarıstanın Aİ Şurasına sədr seçilməsi ilə bağlı keçirilən beynəlxalq tədbirdə deyib.

K.Yankauskas Azərbaycan ilə imzalanacaq sazişlərin əlaqələrin inkişafına imkanlar yaradacağına ümidvar olduğunu bildirib. O deyib: “Bu il Avropa İttifaqının Azərbaycanda fəaliyyətə başlamasından 10 il ötür. Öz fəaliyyətimizlə xalqlarımız arasında mükəmməl əlaqələr qurmağa çalışırıq. Aİ Şurasının sədri olan Bolqarıstanın müəyyənləşdirdiyi prioritetlər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, Bolqarıstan bu altı ayda böyük işlər görəcək”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>