Bakıda Novruz festivalı keçiriləcək | SON XƏBƏR | SON XƏBƏR

Bakıda Novruz festivalı keçiriləcək

novruzMartın 20-də Bakının Fəvvarələr meydanında Novruz festivalı keçiriləcək.

Festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq. Festivalda regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı tanınmış müğənnilər iştirak edəcək.

Eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkalıq nümunələrini yaxından tanımaq imkanı əldə edəcəklər. Meydanda fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq ki, qonaqlar bayram əhvalını tam mənasında yaşaya bilsinlər.

Novruz festivalı martın 20-də 11:00-da başlanacaq və martın 25-də 23:00-da bitəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>