Bakıda tanınmış musiqiçi intihar etdi | SON XƏBƏR | SON XƏBƏR

Bakıda tanınmış musiqiçi intihar etdi

gulyanaq-musiqicii_282x187Bakıda tanınmış musiqiçi intihar edib.

Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənov özünü zəhərləyib.

Hadisə dünən günorta saatlarında 44 yaşlı P.Həsənovun yaşadığı Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən evində baş verib. P.Həsənov sirkə turşusu içib. Ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayon Prokurorluğundan Criminal.az saytına verilən məlumata görə, faktla bağlı Cinayət Məcələsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırdı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>