Cenk Tosun Afrində döyüşən əsgərlərə video-müraciət edib - VİDEO | SON XƏBƏR | SON XƏBƏR

Cenk Tosun Afrində döyüşən əsgərlərə video-müraciət edib – VİDEO

371369df-e101-44da-8833-a3c8357f6551_292İngiltərənin "Everton" klubunun futbolçusu Cenk Tosun Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatındakı əsgərlərə video-müraciət edib.

27 yaşlı hücumçu əsgərlərin onun üçün çəkdiyi videoya cavab verib.

Əsgərlərin "Afrindən "Cenk Tosuna salam olsun" deyərək çəkdiyi videoya "Twitter" hesabından cavab verən Tosun "Afrindəki əsgər qardaşlarımıza sevgi dolu salamlar. Videonuzu aldım, çox duyğulandım. Həqiqətən də, qəlbimiz sizinlə döyünür. Vətən sizə əmanət. Allah köməyiniz olsun" deyib.

Qeyd edək ki, Cenk Tosun "Everton"la yanvarın 5-də 4,5 illik müqavilə bağlayıb.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>