Deputatlarımız finalda: Rəqib Ukraynadır | SON XƏBƏR | SON XƏBƏR

Deputatlarımız finalda: Rəqib Ukraynadır

azerbaycan-deputat_300x169Martın 11-də saat 11:00-da “Şəfa” stadionunda cümhuriyyətimizn 100 illiyinə həsr olunan futbol üzrə Beynəlxalq Parlament Kubokunun final matçı olacaq.

Bu barədə millət vəkili Fazil Mustafa məlumat verib. O bildirib ki, Azərbaycan-Ukrayna finalı CBC Sport kanalında canlı yayımlanacaq:

“Sahəyə inşallah 11 nömrə ilə çıxacağam. Zədələrim tam sağalmasa da, Azərbaycan adına əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, bundan əvvəl, parlamentlərarası futbol turnirində Azərbaycanla Latviya qarşılaşıb. Oyun 3-0 Azərbaycanın parlament üzvlərinin qalibiyyəti ilə başa çatıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>