Dünya Putinin nitqinin şokunda: Ağ Evdən təcili zəng | SON XƏBƏR | SON XƏBƏR

Dünya Putinin nitqinin şokunda: Ağ Evdən təcili zəng

tramp_merkel_l_300x177ABŞ Prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Liderlərin telefon söhbətində əsas müzakirə mövzusu Rusiya Prezidenti Vladimir Putinin təqdim etdiyi yeni nüvə silahı olub.

Putinin açıqlamasından yaranan narahatlığı dilə gətirən liderlər həmçinin Rusiya prezidentinin açıqlamalarının silah nəzarəti ilə bağlı təşəbbüslərə mənfi təsir göstərəcəyi barədə həmfikir olduqlarını bildiriblər.

Merkellə Tramp arasında gedən danışıqlarda bununla yanaşı Suriya BMT Təhlükəsizlik Şurasının qərarına əsasən tətbiq olunan atəşkəs prosesi də yer alıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Federal Şuranın iclası keçirilib. İclasda yeni raket kompleksləri, qanadlı raketlər üçün nüvə təchizatı, döyüş lazer kompleksləri və s. yeni nəsil silahlar nümayiş olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>