Gürcü nazirin Azərbaycana səfər proqramı açıqlandı | SON XƏBƏR | SON XƏBƏR

Gürcü nazirin Azərbaycana səfər proqramı açıqlandı

kvirikashvili_25.01.2016Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfər edəcək.

Səfər çərçivəsində G.Kvirikaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü keçiriləcək.

Gürcüstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşəcək. Daha sonra iki ölkənin hökumət üzvləri arasında görüş baş tutacaq.

G.Kvirikaşvilinin başçılıq etdiyi nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxil olacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>