İbrahim Tatlısəsin 7 yaşı tamam oldu - Video | SON XƏBƏR | SON XƏBƏR

İbrahim Tatlısəsin 7 yaşı tamam oldu – Video

ibrahim1_256x187Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs başından odlu silahla vurulub sağ qalmasının 7-ci ilini qeyd edib.

Sənətçi onun üçün xüsusi hazırlanmış tortla çəkilmiş görüntülərini şəxsi İnsatqram hesabında paylaşıb və sevənlərinə dəstəyindən dolayı təşəkkür edib:

“Bu gün mənim doğum günümdür. 7 il əvvəl yenidən doğulduğum, təkrar həyata başladığım gün... İllər sürətlə keçərkən mən də bütün acılara, tortun şamlarına vurduğum kimi, Osmanlı şilləsi vurdum. Allahıma həmd olsun ki, məni sizin sevginizdən məhrum etmədi. Məni sizlərə, sizləri mənə bağışladı. Bu günü unutmayıb mənə dualarını, gözəl arzularını göndərən hər kəsə ayrı-ayrı təşəkkür edirəm. Yaxşı ki, varsınız”.

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci il martın 14-də hücuma məruz qalıb. Sui-qəsdin sifarişçisi Abdullah Uçmağa 35 il 6 ay həbs cəzası verilib. Müğənnini güllələyən Ərsin Altun isə 30 il azadlıqdan məhrum edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>