Lotu Qulinin adamları Rusiyada həbs edildi | SON XƏBƏR | SON XƏBƏR

Lotu Qulinin adamları Rusiyada həbs edildi

Rusiya Xüsusi Təyinatlıları və “Rosqvardiya”nın əlahiddə dəstəsi Russiyanın Sankt-Peterburq şəhərində əslə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları “Kiçik Gürcüstan” restoranında reyd keçiriblər.

Əməliyyat zamanı 27 kriminal avtoritet saxlanılıb. Saxlanılanların üzərindən tapança, avtomat və əl qumrabası kimi odlu silahlar çıxıb.

Sözügedən məkanda Gürcü avtoritet Dato Zuradze və Azərbaycandan olan kriminal dəstə üzvləri  Xalıqov Mehman Telman oğlu ,Əsədov Orxan Rafiq oğlu,Əliyev Zaur Seymur oğlu ilə başqa avtoritetlər bir araya gəliblər. Sözü gedən Azərbaycandan olan dəstənin başçısı kriminal aləmdə “Şamaxılı Abdul” kimi tanınan Abdul Məmmədovdur.Digər iddialara görə Abdul Məmmədov qanuni oğru Nadir Səlifovun yaxın adamıdır. 2016-ci ildə Dato Zuradze və Abdul Məmmədov zorla pul tələb etmə işi üzrə saxlanılıb və hər ikisi məhkəmə prosesində şərti cəza alıb. Məmmədov Moskvada 4 nömrəli tərəvəz bazasına “krışalıq” edir bu səbəbdəndə avtoritetlər Sankt Peterburq şəhərində son zamanlar Çeçənlər ilə yaşanan problemləri müzakirə etmək üçün toplanıblar.Saxlanılanların kriminal aləmdə nüfuzlu şəxslər olduğu bildirilir. Onlardan bəzilərinin polis tərəfindən axtarıldığı deyilirdi

20180314_023039_604x480 20180314_023257_640x472


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>