Məşhur aparıcı küçədə döyüldü | SON XƏBƏR | SON XƏBƏR

Məşhur aparıcı küçədə döyüldü

26907753_1815416295196247_6478782493173417944_n_300x169Aparıcı Sevinc Camalova küçədə tanımadığı oğlanın hücumuna məruz qalıb.

Bu barədə aparıcı özü İnstaqram səhifəsində məlumat verib. Aparıcının sözlərinə görə, avtomobilini Nərimanov rayonunda küçədə saxladığı tanımadığı oğlan ona yaxınlaşaraq döyüb:

“Günorta oğlum Muradı bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi üstümə cumdu və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, günorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacağam”.

Məlumat üçün bildirək ki, Sevinc Camalova bir vaxtlar ATV kanalında “Özünə bax” verilişinin aparıcısı olub. Ondan əvvəl isə Sevinc Camalova bir müddət Speys TV-də də aparıcı kimi çalışıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>