"Qarabağ"a 45 dəqiqə kifayət etdi, "Sumqayıt" isə... | SON XƏBƏR | SON XƏBƏR

“Qarabağ”a 45 dəqiqə kifayət etdi, “Sumqayıt” isə…

qarabagh_reshadMartın 10-da Topaz Premyer Liqasının XIX turunun sonuncu oyununda Ağdamın “Qarabağ” komandası “Zirə” klubunu qəbul edib.

“Azersun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Baş hakim Elvin Əsgərovun idarə etdiyi oyunda hesabı 22-ci dəqiqədə Dani Kintana açıb. Bundan 13 dəqiqə sonra Elvin Yunuszadə hesab arasındakı fərqi iki topa çatdırıb. Görüşdə başqa qol qeydə alınmayıb və “Qarabağ” bu qələbə sayəsində xallarının sayını 48-ə çatdıraraq liderliyini möhkəmləndirib.

Hazırda turnir cədvəlinə “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 38 xalla ikinci, “Zirə” 32 xalla üçüncü, “Sumqayıt” 31 xalla dördüncüdür. Sonrakı yerlərdə “Neftçi” (26 xal), “Səbail” (17 xal), “Keşlə” (15 xal) və “Kəpəz” (10 xal) qərarlaşıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>