Rusiyadan İngiltərəyə sərt cavab: Bizimlə qarşıdurmanı seçdiniz | SON XƏBƏR | SON XƏBƏR

Rusiyadan İngiltərəyə sərt cavab: Bizimlə qarşıdurmanı seçdiniz

rus-xinİngiltərə Baş naziri Tereza Mey Rusiya ilə qarşıdurmanı seçdi.

Bu barədə Rusiya XİN-nin bəyanatında bildirilib.

XİN-nin bəyanatında Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı Meyin reallığı əks etdirməyən fikirlər səsləndirdiyi və bunun təxribat olduğu bəyan edilib.

Tezliklə cavab tədbirlərinin görüləcəyi vurğulanıb.

Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya mətbuatı Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanın əli olduğunu bildirib. Daha sonra T. Mey də açıqlamasında Rusiyanın ölkəsinə güc tətbiq etdiyini bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>