Rusiyadan Meyin çıxışına reaksiya: Cavabı veriləcək | SON XƏBƏR | SON XƏBƏR

Rusiyadan Meyin çıxışına reaksiya: Cavabı veriləcək

zaxarova_otvet_300x170Rusiyanın Xarici İşlər Nazirliyi Tereza Meyin parlamentdəki çıxışına tezliklə reaksiya veriləcəyini açıqlayıb.

“Yaxın vaxtlarda Tereza Meyin parlamentdəki çıxışı barədə Xarici İşlər Nazirliyinin saytında bəyanat dərc olunacaq”, - XİN sözçüsü Mariya Zaxarova bildirib.

Londondakı Rusiya səfirliyi isə Böyük Britaniyanın 23 rus diplomatını ölkədən çıxarmaq qərarının əsassız və qəbuledilməz oduğunu açıqlayıb.

"Böyük Britaniyanın etdikləri tamamilə qəbuledilməzdir. Biz bunu təxribat kimi dəyərləndiririk. Böyük Britaniya beynəlxalq hüquq normalarına riayət etməlidir. Buna görə də Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına sorğu göndərməlidirlər. O zaman biz 10 gün içində məsələyə baxacağıq”, - Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko deyib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>