Təbrizin adı kürdləşdirildi: etirazlar başladı - Foto | SON XƏBƏR | SON XƏBƏR

Təbrizin adı kürdləşdirildi: etirazlar başladı – Foto

tebriz_saxta_300x180Təbrizdə şəhərin adını saxtalaşdıran tablolar peyda olub.

Təbriz İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Turizm” və “Trafik” təşkilatlarının martın 11-də şəhərin Əhər-Təbriz yolu istiqamətində quraşdırdığı tablolardan birində Azərbaycanın qədim paytaxtı sayılan Təbrizin adı saxtalaşdırılaraq “Tavrij” kimi təqdim edilib. Belə ki, üç hissədən ibarət olan tablonun ortasındakı narıncı hissədə “Bowling Təbriz” ifadəsindəki “Təbriz” sözü təhrif edilərək, “Bowling Tavrij” kimi yazılıb.

Qeyd edək ki, bu hadisədən sonra təbrizli fəallar sosial şəbəkələrdə “Təbriz Kürdüstan olmaz", "Təbriz əbədi Təbriz olaraq qalacaq" və "Tavrij saxta bir sözdür” haştaqları yaradaraq Təbriz Şəhər İcra Hakimiyyətinə etiraz ediblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>