Tanınmış müğənnimizi zəhərlədilər, xəstəxanaya düşdü | SON XƏBƏR | SON XƏBƏR

Tanınmış müğənnimizi zəhərlədilər, xəstəxanaya düşdü

aytac_vidadiqiziBir aya yaxın xəstəxanada yatan müğənni Aytac Vidadıqızı zəhərləndiyini açıqlayıb.

Mərhum müğənni Vidadi Bərdəlinin qızı el şənliklərinin birində onu zəhərlədiklərini iddia edib:

"Əslində bu barədə danışmaq istəmirəm. İstəmirəm ki, bu cür xəbərlər yayılsın. El şənliklərin birinə dəvət olunmuşdum, ya yeməyimə, ya da çayıma nəsə qatmışdılar. Zəhərləndim, çox əziyyət çəkdim. Özümü çox pis hiss elədim, həmin günü evdə yatdım. İnsan gərək sənət dostlarını çox yaxına buraxmasın. Bəzi musiqiçilərdən uzaq durmaq lazımdı. Çünki əksəriyyəti adama pul gözündə baxır. Əslində məni zəhərləyən adamın kimliyini bilirəm. Amma bir gün hər şeyi açıqlayacam".

Aytac onu zəhərləyən şəxsin adını açıqlamayıb:

"O kimdir ki, mən onun adını çəkim? Mən zəhərləndim, xəstə yatdım, yanıma nə qədər adam da gəldi-getdi. O vaxtdan bu yana kimi səsim də nasazlayıb. Demək olar ki, səsim də batmışdı. İndi-indi özünə gəlir. Əziyyət çəkirəm, müalicələr yenə davam edir. Çox şükür ki, el şənliklərinə gedirəm. Amma səsim indi-indi özünə gəlir. Həmin adam bəlkə də indi mənə baxır. Ona demək istəyirəm ki, özünü yığışdır. Bilirəm ki, bunu sən eləmisən. Bir də belə bir hal baş versə, onunla mən başqa cür hərəkət edəcəm. Mən bilirəm nə edəcəm".

Qeyd edək ki, bir müddət əvvəl müğənni Mirkamil də qəsdən zəhərləndiyini bildirmişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>