Türk ordusundan qələbə mesajı: Afrinin sonuncu kəndi alındı
Türkiyə ordusu Afrində daha iki kəndi terrorçulardan azad edib.
TSQ Mağaracıq və Dərməşqanlı kəndlərinin terrorçulardan təmizləndiyini açıqlayıb.
Qeyd edək ki, türk ordusu bu gün Afrin şəhərinin mərkəzini mühasirəyə alıb.
***
17:01
Türkiyə Silahlı Qüvvələri və ASO Afrində daha 3 kəndi terrorçulardan azad edib.
Bu barədə TSQ-dan informasiya yayılıb.
Məlumata görə, Afrin istiqamətində Masaracık, Qarabaş və Aşağı Kefer kəndləri terrorçulardan tamamilə təmizlənib.
Qeyd edək ki, TSQ bu gün ümumilikdə 7 kəndi terrorçulardan azad edib.
***
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin mərkəzindən cənub-şərqdə yerləşən son Der Mişmiş kəndini də terrorçulardan təmizləyib.