UAZ hibrid avtomobil istehsalına başlayır | SON XƏBƏR | SON XƏBƏR

UAZ hibrid avtomobil istehsalına başlayır

uaz_300x170Ulyanovsk avtomovil zavodu (UAZ) hibrid avtomobil istehsal etməyi planlaşdırır.

Bu barədə UAZ-ın Satış və marketinq üzrə baş direktorun müavini Sergey Travkin danışıb.

“Hibrid avtomobillərdə birdən artıq enerji mənbəyindən istifadə edilir. Bir qayda olaraq biz daxili yanma mühərriki və elektrik mühərrikinin birləşməsindən danışırıq. Hibrid avtomobillərin qiyməti yanacaqla işləyənlər adətən daha baha olur”, - Travkin bildirib.

Travkin həmçinin zavodun propan-butan qazları ilə çalışan sertifikatlaşdırılmış avadanlıqla təchiz edilmiş maşınların satışı üzərində çalışdığını açıqlayıb.

Qeyd edək ki, Ulyanovsk avtomobil zavodu (UAZ) “Hanter”, “Patriot”, “Profi” kimi tamötürücülü yolsuzluq avtomobilləri ilə yanaşı, eyni zamanda yük avtomobilləri və mikroavtobuslar istehsal edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>