XİN rəsmisi: Əgər Çin müharibəyə qoşulsa... | SON XƏBƏR | SON XƏBƏR

XİN rəsmisi: Əgər Çin müharibəyə qoşulsa…

xua-cunin_300x170Çin ticarət müharibələrində iştirak etmək istəmir, lakin Pekini bu müharibəyə cəlb etsələr, o zaman biz öz qorxmadan öz maraqlarımızı müdafiə etmək üçün cavab tədbirləri görəcəyik.

Bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin deyib.

“Son zamanlarda ABŞ və bir sıra ölkələr, o cümlədən Çin arasındakı ticarətlə bağlı fikirayrılığı məsələsinə bütün müvafiq tərəflər böyük diqqət yetirir. Onlar beynəlxalq ticarətin aparılması və qlobal iqtisadiyyatın sabitliyinin normal bir qaydada saxlanılması ilə bağlı problemlər barədə narahatlıqlarını bildirirlər. Çin dəfələrlə bu məsələ ilə bağlı qəti mövqeyini açıqlayıb. Əgər ABŞ bizim maraqlarımıza zərər verəcək tədbirlər görəcəksə, əlbəttə ki, biz qanuni hüquqlarımızı və maraqlarımızı tam şəkildə qorumaq üçün həlledici cavab tədbirləri görəcəyik”, - XİN rəsmisi bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına rüsumlar tətbiq edilməsi barədə sərəncam imzalayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>