Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir-Qaralov2-300x228112Baş Prokuror: İkinci kitabdan fəsillər

23-cü Fəsil

Prokurorluq orqanları məhz Baş Prokuror cənab Zakir Qaralovun Dövlətimiz, vətənimiz, xalqımız, ölkəmizə çətin və məsuliyyətli ali peşə fəaliyyətində göstərdiyi əzmkarlığın, şərəfli xidmətlərin nəticəsi olaraq xalqımıza, ölkə vətəndaşlarımıza yaxınlaşaraq onların böyük etibarını, etimadını, yüksək güvənlərini qazanaraq nəticə də uğurlu nailiyyətlər əldə etdilər. Dövlət Başçısı, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin proqram xarakterli çıxışlarını, tapşırıq və göstərişlərini, tövsiyyələrini rəhbər tutaraq Baş Prokuror cənab Zakir Qaralov rəhbərlik etdiyi və qızıl dövrünü yaşatdığı prokurorluq orqanlarınında daim yeniləşən uğurlu yenilikləri, nailiyyətləri qazanmalarında əsas amillərdən, faktorlardan birincisi və başlıcası da xalqımızın ölkə vətəndaşlarımızın yüksək etibarlarını, dərin etimadlarını, güvənlərini qazanmalarıdır ki, nəticə isə həmişə yüksək göstəriciləri ortaya çıxarır.

Dövlət Başçısı, konstitsion hüquqlarımızın qarantı Qafqazın və bütöv türk dünyasının şəriksiz lideri, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin son illər insan hüquq və azadlıqlarının ən yüksək səviyyə də qorunmasına aid ortaya qoyduğu böyük siyasi iradə təbii ki, vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanaraq, geniş surətdə dəstəklənərək alqışlanır. Ölkədə ki, demokratik ab-havaya yeni, xoş ahəng, rəng qatan barış əhval-ruhiyyəsinin genişlənməsinə xidmət edən elə son cəza siyasətinin humanistləşdirilməsi, liberallaşdırılması atılan addımları, məqsədyönlü tədbirləri surətləndirən sonuncu Prezident sərəncamları da dediklərimizə, yazdıqlarımıza gözəl və bariz nümunələrdir.

Bütün hallar da olduğu kimi cəmiyyətdən vətəndaşı təcrid etmə hallarını minimuma endirəcək həmin möhtəşəm, vətəndaşlarımız tərəfindən də birmənalı olaraq yüksək sevinc hissləri ilə qarşılanan Prezident sərəncamından irəli gələnlərə müvafiq olaraq Baş Prokuror cənab Zakir Qaralovun rəhbərliyi ilə qısa zaman ərzində Baş Prokurorluqda keçirilən operativ müşavirə də həmin sərəncama əsasən geniş tərkibdə yüksək peşəkar, hüquqşunaslardan ibarət işçi qrupu yaradılaraq uğurlu fəaliyyətləri təşkil edilmişdir.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>