Ən çox mənzil Bakının bu ərazilərində satılır | SON XƏBƏR | SON XƏBƏR

Ən çox mənzil Bakının bu ərazilərində satılır

1442569293neftci menzil (1)_282x187Bakıda mənzil bazarında ən böyük aktivlik Yeni Yasamalda, mikrorayonlarda və Əhmədlidə müşahidə olunur.

Bunu trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə heyətinin sədri Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, yüksək tələbat bu bölgələrdə mənzillərin daha əlçatan olması ilə əlaqədardır. Bir kvadrat metr üçün orta qiymət 1200-1300 manat ətrafında dəyişir.

Qeyd edək ki, bir müddət əvvəl N.İbrahimov bildirmişdi ki, 2018-ci ilin əvvəlindən Bakıda ilkin mənzil bazarında qiymətlər 3 faiz, fevral ayında isə bir faiz artıb.

Onun sözlərinə görə, eyni zamanda ikinci mənzil bazarında azalma qeydə alınıb.

2017-ci ilin statistikasına gəldikdə isə, ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlər 3,46 faiz azalıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>