Aprel şəhidinin adı əbədiləşdirildi - Foto | SON XƏBƏR | SON XƏBƏR

Aprel şəhidinin adı əbədiləşdirildi – Foto

qenire-ehid_(2)_281x187Millət vəkili Qənirə Paşayeva Qusarda Çağar Kışlak kəndində Aprel zəfərinin şəhid qəhrəmanı Əmiraslan Xeyirbəyovun anım tədbirində iştirak edib.

Millət vəkili qəhrəmanın xatirəsinə hazırlanmış Şəhid bulağının açılışında çıxış edib.

Millət vəkili gəncləri qəhrəman Əmiraslan Xeyirbəyovdan nümunə götürməyə səsləyib:

“Qəhrəman şəhidimiz Əmiraslan Xeyirbəyov məktəbi əla qiymətlərlə oxumasına, hərbi-vətənpərvərlik, idman yarışlarında hər zaman uğurlar qazanmasına baxmayaraq məktəbi bitirən kimi ilk işinin vətən qarşısında hərbi xidmət borcumu yerinə yetirmək olduğunu bildirib və əsgərliyə yollanıb. Hərbi xidməti dövründə hər zaman nümunəvi xidmət edib, əsl vətənpərvərlik göstərib”.

Q.Paşayeva insanları Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə çağırıb.

Millət vəkili çıxışında Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarımnın işğaldan azad olunacağına inamın böyük olduğunu bildirib:

“Bütün şəhidlərimizin ruhu da o zaman sakitlik tapacaq”.

Q.Paşayeva şəhidlərin ailələrinə səslənərək hər zaman onların yanında olduqlarını qeyd edib.

Q.Paşayeva, həmçinin “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrləri Sevinc Alırzayeva və Aida Eyvazlı şəhidin ailəsini də ziyarət ediblər, onlarla geniş söhbət ediblər, qayğıları ilə maraqlanıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>