Azərbaycan neftinin qiyməti 3,5 ildən sonra 74 dolları ötdü | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan neftinin qiyməti 3,5 ildən sonra 74 dolları ötdü

neft_3847576CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 74,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,9 dollar/barel çoxdur.

Trend bildirir ki, Azərbaycan neftinin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın 28-də 74 dollar/bareli ötmüşdü. Belə ki, həmin vaxt "Azeri Light"ın bir bareli 74,52 dollar olub.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 73,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 11-də 69,65 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 11-də 72,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,28 dollar/barel çoxdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>