Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirildi - VİDEO | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirildi – VİDEO

37475788687Ölkəmizə plastik butulkalardan daha səmərəli istifadə etməyə imkan verən yeni aparatlar gətirilib. Fandomat adlanan bu qurğu vasitəsilə tullantı qabların qarşılığında pul qazanmaq mümkün olacaq. Qafqazda da bir ilk olan bu aparatların ilkin olaraq Bakıda quraşdırılması nəzərdə tutulur.

Azərbaycana bir çox insana pul qazandıracaq aparatlar gətirilib. Artıq zibil hesab etdiyimiz plastik və dəmir butulkaları da gəlirə çevirmək mümkün olacaq.

Avropa ölkələrində geniş yayılan və ekoloji təmizliyin qorunmasında mühüm rol oynayan fandomat aparatlarını tezliklə Bakı küçələrində görə biləcəyik.

Gətirilən aparatların insanların sıx olduğu yerlərdə quraşdırılması nəzərdə tutulur.

İlkin mərhələdə aparata atılan plastik və ya dəmir qabın qarşılığında verilən pulu 3 məqsədlə istifadə etmək nəzərdə tutulubsa, gələcəkdə seçimlər daha da artacaq. Tullantı qablara görə ödəniləcək məbləğ də artıq müəyyənləşib.

Aparılan bazar araşdırmasına görə, ölkəmizdə hər il 800 milyondan çox plastik qab istifadə edilir ki, bu da 16 milyon manatlıq dövriyyə deməkdir. Hazırda yeni aparatların proqramlaşdırma işləri aparılır. Tezliklə şəhərin ən sıx yerlərində fandomatlardan yararlanmaq mümkün olacaq.

Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirildi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>