Çempionlar Liqasının püşkü atıldı: “Real”, “Bavariya”…
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşaktma mərasimi keçirilib.
Fransanın “Marsel” klubu Avstriyanın “Zalsburq” komandası ilə düşüb.
Bu il Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olmuş İspaniyanın “Atletiko Madrid” klubu isə İngiltərə “Arsenal”ı ilə qarşılaşacaq.
İlk matçlar 26 aprel və 3 may tarixlərində oynanılacaq.
***
İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
İspaniyanın "Real Madrid" klubu Almaniyanın "Bayern Münhen" komandasına rəqib olub.
İngiltərənin "Liverpul" klubu isə ötən tur böyük sürprizə imza atmış "Roma" ilə düşüb.