İrəvanda müxalifətin çoxminli mitinqi başladı - Canlı | SON XƏBƏR | SON XƏBƏR

İrəvanda müxalifətin çoxminli mitinqi başladı – Canlı

teze_pashinyan_291x18712:33

Ermənistan keçirilən etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan tərəfdarlarına müraciət edərək onlara tapşırıqlar verib.

Feysbuk səhifəsində canlı yayımda Paşinyan Ermənistanın bütün regional mərkəzlərində görüşlər keçirəcəyini bildirib.

Onun sözlərinə görə, bu görüşlər zamanı müəyyən problemlərin həllinə yönəlik əhəmiyyətli müzakirələr olacaq.

Bundan sonra Nikol Paşinyan İrəvanda dinc sivil itaətsizlik tədbirlərinin bərpasına çağırıb. Bundan əlavə, paytaxtda yürüş və mitinq keçiriləcəyini elan edib.

***

Nikol Paşinyanın rəhbərliyi altında İrəvanda etiraz aksiyalarına start verilib.

Paşinyan etirazçılara yolları bağlamağı və nəqliyyatın hərəkətini iflic etməyi tapşırıb.

Müxalif lider 19:00-da Respublika meydanında mitinqin baş tutacağını bəyan edib.

***

Respublika Partiyasının 1 may seçkisində Paşinyanın vahid namizəd olacağı halda, ona maneə yaratmayacağı və baş nazir seçilməsinə dəstək olacağını, bunun qarşılığında isə aksiya iştirakçılarının İrəvanda yolları bağlamaması şərtini irəli sürməsinə rəğmən, yolların bloklanması davam edir.

***

İrəvanın küçələri Paşinyanın tərəfdarları tərəfindən bloklanıb. Hazırda yürüş davam edir.

***

N. Paşinyanın rəhbərliyi ilə müxalifətin paytaxt İrəvanda çoxminli mitinqi başlayıb.

Məlumata görə, mitinqdə azyaşlılar da iştirak edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinqi müşahidə edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>