Kəndimizin son günü: “Türk tələbə və erməni qızı Nona” (117-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü: “Türk tələbə və erməni qızı Nona” (117-ci yazı)

Baş-Redaktor-300x22821Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımıza daxil olan “Türk tələbə və erməni qızı Nona” adlı romanımızdan fəsillər.

117-ci Fəsil

Yavaş-yavaş Napaleonun axırına çıxan türk tələbə elə də vacib leksiya olmadığından instituta getməyəcəyini qərara aldıqdan sonra telefonu yaxına çəkərək dostunun evlərinə zəng vurdu. Dostunun anasının bu zaman artıq işdə olduğunu bildiyindən telefona gec cavab verəcəyinə görə xeyli gözlədikdən sonra dostunun yuxulu: Alo, deyən səsi eşidildi. Salamlaşıb hal-əhval tutaraq bir-iki gün görüşə bilməyəcəklərini söyləyəndə onun harda olduğunu bilən dostu: bilirəm eşq dəryasında üzürsən, birdən qızı qaçırdarsan bilmərik, heç məndə evdən çıxmayacam, çöl havası deyil, malların pulu bir həftədən sonra verilməlidir, kef elə pulun qurtarar bilmərəm, deyib arxayınlaşdıqdan sonra sağollaşıb dəstəyi asdı.

Bu şəhərdə dostu ilə, Nonadan savayı sirdaşı, onlardan əziz heç kimi olmadığından arxayınlaşdı və bir neçə gün dərsə getməməyi qərara alaraq şəhər poliklinikasında təyinatla gələrək işləyən həkim dostunun nömrəsini yığdı. Telefona cavab verən erməni qızı ona azəri türkcəsində cavab verəndə ürəyində həkim dostuna afərin deyərək, onu çağırmasını xahiş etdi.

Bəxtindən yaxında olduğundan həkim dostu telefona tez cavab verdi. Hal-əhval eləyəndən sonra o həkimdən birinci, telefona cavab verən qızın azəri türkü olduğunu soruşanda həkim: ə nə azəri türkü, ermənidir, özü də xalisindən, sadəcə məni axtaranın çoxu sənin kimi dost tanışdır deyə, bizim dildə cavab verir, birdə qırılmış dilimizi bizdən yaxşı bilirlər, söyləyib nə lazım olduğunu soruşanda türk tələbə biraz ağrıdığını deyərək, bir neçə günlük ona instituta vermək üçün tibbi arayış lazım olduğunu bildirəndə həkim dostu narahat olmamasını, elə bu gündən adını soyadını qeydiyyata salacağını deyəndən sonra sağollaşıb dəstəyi asdı. Nona yaşadığı binada pasport qeydiyyatında olduğundan əgər işə getməsə yaxınlıqdakı poliklinikasına müraciət etməli idi, uzağı bir qutu şokoladı sahə həkiminə verəndən sonra qız nəqədər istəsə evdə qala bilərdi.

Qızın mışıltısı aram-aram gəldiyindən illərin yorğunu kimi ləzzətlə uyumasına mane olmamaq üçün ayaqlarının ucunda hamam otağına keçərək güzgüdə sirsifətinə, davadan çıxmış kimi pırtlaşıq saçlarına baxdıqdan sonra dağlardan baş götürən buz kimi suyla yuyunub gümrah halda otağa qayıdaraq yenə pəncərənin qarşısına keçib siqaret yandırıb qarın artıq bərkiyən, lopa-lopa yerə düşənə qədər göydə öpüşmələrinə baxaraq, pəncərəni bağlayıb otağa keçərək saata baxdı. Axşamdan düz səhərədək dəli ehtiraslı, qara sevdalı sevgilərinə, eşqlərinə şahidlik edən Leyli Məcnun, əqrəblərdə sanki ona acıq verirmişlər kimi bir nöqtədə öpüşürdülər. Hələ on bir indi tamam olmuşdu. O biri otaqda yatan qızın sehirkar vücudundan axıb otaqları qarsan hərarətə dözə bilməyən türk tələbə qızın yanına keçdi.

İri, qara gözlərinin didəsindən belə sevimlisi, türk tələbənin vücuduna isti, qaynar eşq məhəbbət yağan Nona oğlanı öpə-öpə pıçıltılı sözləri bal kimi axıda-axıda onun ağuşunda itib-batdı. Gələn fəsildə də bu sevgi odasını seyr edəcəyik, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>