Millət vəkili Milli Qəhrəmanın anım tədbirində - Foto | SON XƏBƏR | SON XƏBƏR

Millət vəkili Milli Qəhrəmanın anım tədbirində – Foto

qenire_(2)_281x187Millət vəkili Qənirə Paşayeva Neftçalanın Həsənabad kəndində Milli Qəhrəman Samid İmanovun anım tədbirində iştirak edib.

Tədbirə Neftçala İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyev, yerli bələdiyyə nümayəndələri, rayon ziyalıları qatılıb.

Q.Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərin qarşısında baş əydiyini deyib, Samid İmanovun vətənpərvərliyi barədə geniş danışıb və gəncləri Aprel qəhrəmanlarından nümunə götürməyə çağırıb:

“Hamı, o cümlədən şəhid ailələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindir. O gün uzaqda deyil, inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”.

Millət vəkili Aprel şəhidlərinin ailələri ilə görüşündə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın onlara diqqət və qayğısından söz açıb:

“Hər zaman sizin yanınızdayıq, Azərbaycan üçün çox dəyərlisiniz. Müstəqil Azərbaycandan dəyərli heç nə ola bilməz. Ölkəmizin inkişafı istiqamətində gənclərin üzərinə böyük vəzifələr düşür”.

Daha sonra tədbir iştirakçıları Milli Qəhrəman Samid İmanovun məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar.

Q.Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bagirova və “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədri Aida Eyvazlı Milli Qəhrəman Samid İmanovun ailəsini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>